cümə axşamı, 28 mart 2024

DİGƏR NÖVLƏR

Milad Beigi Hərçəqani Koreyada keçirilən dünya çempionatının qalibi olub

30.06.2017 13:21 Oxundu 3001

Azərbaycanın taekvando üzrə yığma komandasının üzvü Milad Beigi Hərçəqani Koreya Respublikasında keçirilən dünya çempionatının qalibi olub. Yarışda 80 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz M.Hərçəqani final qarşılaşmasında rusiyalı rəqibi, 2013-cü il dünya çempionatının bürünc medalçısı Anton Kotkovu 21:3 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu gün, həmçinin komandamızın digər üzvü Məhəmməd Məmmədov (63 kq) dünya çempionatını bürünc medalla başa vurub.