çərşənbə axşamı, 19 mart 2024

ŞAHMAT

Yeni reytinq şahmatçılarınız üçün uğursuz olub

01.07.2017 11:29 Oxundu 4212

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. "asport"un saytının məlumatına görə, iyunun yekunlarının da nəzərə alındığı iyul cədvəlinin Top-100-ündə Azərbaycanın 4 qrossmeysteri yer alıb. Güclülər arasında ən yaxşı nəticə Şəhriyar Məmmədyarova məxsusdu. 32 yaşlı şahmatçınin reytinq xalı 2800-dü. O, bu göstərici ilə 6-cı sırada qərarlaşıb. Ötən ayla müqayisədə 1 pillə geriləyən həmyerlimizi Maqnus Karlsen (Norveç, 2822), Vladimir Kramnik (Rusiya, 2812), Uesli So (ABŞ, 2810), Levon Aronyan (Ermənistan, 2809) və Fabiano Karuana (ABŞ, 2807) qabaqlayır.

Ümumiyyətlə yeni reytinq şahmatçılarınız üçün uğursuz olub. Şəhriyar kimi digərləri də geriləyib. Belə ki, yığmamızın digər üzvlərindən Teymur Rəcəbov 32-ci (2724), Arkadi Naydiç 38-ci (2712), Rauf Məmmədov 63-ci (2680) yerdə qərarlaşıb. Teymur 4, Arkadi 1, Rauf 5 pillə aşağı yuvarlanıbsa, ötən ay 97-ci olan Eltac Səfərli Top-100-ü tərk edib.

Qadınların cədvəlində ən güclülər arasında Günay Məmmədzadə yer alıb. O, 2393 xalla 73-cüdü. Bu siyahıya isə yenə çinli Yifan Hou (2666) başçılıq edir.