şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

“Roma” yeni transferini “FİFA 2017” kompüter oyunu vasitəsi ilə təqdim edib VİDEO

01.07.2017 11:34 Oxundu 2056

İtaliyanın “Roma” klubu ötən mövsüm “Sassuolo” komandasında çıxış edən Lorenso Pelleqrinini heyətinə qatıb.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə 2022-ci ilə qədər müqavilə bağlanılıb.

“Roma”nın öz yetirməsi olan L.Pelleqrini üçün qarşı tərəfə 10 milyon avro ödədiyi bildirilib.

Paytaxt klubu yeni transferini “FİFA 2017” kompüter oyunu vasitəsi ilə ictimaiyyətə təqdim edib.

Qeyd edək ki, L.Pelleqrini 2015-ci ildə 1,25 milyon avro müqabilində “Sassuolo”ya keçib. O, ötən mövsüm “qara-yaşıllar”ın heyətində 34 oyunda iştirak edib və 8 qol vurmaqla yanaşı, 8 məhsuldar ötürmə edib.

rs