cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Almaniyanın U-21-i çempion oldu VİDEO

01.07.2017 11:38 Oxundu 2123

U-21-lərdən ibarət yığma komandalar arasında Avropa Çempionatı başa çatıb. Polşada təşkil olunan AÇ-2017-nin finalında Almaniya və İspaniya yığmaları qarşılaşıb. Həlledici matçın taleyini bir qol həll edib. Mitçell Vayzerin 40-cı dəqiqədə vurduğu yeganə qol almanlara qitə çempionluğunu qazandırıb. Bu, “bundestim”in U-21 yığma səviyyəsində ikinci qitə çempionluğudu. İlk dəfə bu komanda 2009-cu ildə Avropanın ən güclüsü olmuşdu.

Qeyd edək ki, U-21-lərin Avropa birinciliyində ən çox çempion olan komanda İtaliya yığmasıdı (5 dəfə). Bu dəfə finalda uduzan ispanlar isə 4 dəfə qitə çempionu olublar.

F