çərşənbə, 17 aprel 2024

DÜNYA FUTBOLU

"İlin toyu" baş tutdu

01.07.2017 11:52 Oxundu 2045

Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messi dünən sevgilisi Antonella Rokuzzo ilə evlənib. 30 yaşlı hücumçunun doğulduğu Rosaria şəhərində keçirilən toy mərasimində 260 qonaq iştirak edib.

Mərasimə Messinin "Barselona"dakı komanda yoldaşları Neymar, Luis Suares və Jerar Pike, Serxio Buskets, Jordi Alba öz xanımları birgə qatılıblar. Bundan başqa Karles Puyol, Qonzalo İquain, Serxio Aquero, Dani Alveş, Anxel di Mariya, Sesk Fabreqas, Esekuel Lavezzi, Xavi və digər şəxslər dəvətlilər sırasında olublar.

Qeyd edək ki, İspaniya mediasının "İlin toyu" adlandırdığı mərasimə dəvətlilərin 260 şəxsi təyyarə ilə Rosarioya gedib.Bundan başqa, 300 təhlükəsizlik əməkdaşı şəhərin mərkəzində iş başında olub. Toyu izləmək üçün təxminən 60 ölkədən 150 jurnalist akkreditasiyadan keçib.