cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Con Terri karyerasını “Aston Villa”da davam etdirəcək

01.07.2017 12:21 Oxundu 1912

İngiltərə millisinin və Londonun “Çelsi” klubunun sabiq futbolçusu Con Terri karyerasını “Aston Villa”da davam etdirəcək.

“Report” ESPN televiziyasına istinadən xəbər verir ki, 36 yaşlı mərkəz müdafiəçisi İngiltərə Çempionşipində (I divizion) mübarizə aparan Birmingem təmsilçisi ilə razılıq əldə edib.

Müqavilənin müddəti bir mövsümlük olacaq və təcrübəli futbolçunun qazancı 3 milyon funt-sterlinq təşkil edəcək.

Qeyd edək ki, “Vest Hem”in yetirməsi olan Con Terri 1995-ci ildə “Çelsi”yə transfer olunub. O, 1998-ci ildən etibarən London klubun əsas komandasında çıxış etməyə başlayıb və yalız 2000-ci ildə icarə əsasında “Nottingem Forest”in formasını geyinib. Mərkəz müdafiəçisi 2016/2017 mövsümünün sonunda müqaviləsinin müddəti başa çatdığı üçün “zadəganlar”dan ayrılıb.

C.Terri kapitanı olduğu “Çelsi” ilə 5 dəfə İngiltərə çempionu, 3 dəfə İngiltərə Kubokunun qalibi olub. O, 2012-ci ildə paytaxt təmsilçisi ilə Çempionlar Liqasını qazanıb.