cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Əvəzedicilər hazırlığa başladı

02.07.2017 09:02 Oxundu 1940

"Kəpəz"in əvəzedici heyəti yeni mövsüm üçün məşqlərə start verib. Komanda üzvləri Gəncə şəhər stadionunda bir araya gəlib.

İlk 10 günlük toplanış seleksiya xarakterli olmaqla yanaşı, həm də ümumi dözümlülüyün artırılmasına yönəlib. Məşqlərdə 33 futbolçu iştirak edir. Toplanışa 2001-ci il təvəllüdlü oyunçular da cəlb olunub. Heyətdə 7 belə futbolçu var. Ümumiyyətlə, hazırlığa klubun U-16, U-17 və U-19 komandasının üzvləri də dəvət edilib.

Komanda iyulun 4-də ikitərəfli oyun keçirəcək. Birinci hazırlıq dövründə yoxlama görüşünün keçirilməsi də planlara daxildir.