cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Ulduz futbolçu İstanbulda: Nə “Qalatasaray”, nə “Fənərbaxça” üçün

04.07.2017 10:54 Oxundu 2092

“Mançester Siti” ilə yenicə yollarını ayıran Qael Klişi karyerasını Türkiyədə davam etdirməyə çox yaxındı. Apasport.az saytının qonşu ölkə mətbuatına istinadən məlumatına görə, azad agent statusuna malik olan 32 yaşlı müdafiəçi artıq İstanbula gəlib.

Maraqlıdı ki, “Qalatasaray” və “Fənərbaxça”nın təklifini qəbul etməyən Fransa millisinin sabiq üzvü Türkiyəyə “Başakşəhər” üçün yollanıb. Ulduz futbolçunu Atatürk hava limanında İstanbul klubunun rəsmiləri qarşılayıb. Bu gün tərəflər danışıq masası arxasında əyləşəcəklər. Bu mövsüm Çempionlar Liqasında mübarizə aparacaq “Başakşəhər” iyulun 6-da Klişi üçün təqdimetmə mərasimi təşkil etməyi planlaşdırır.

Qeyd edək ki, Qael Klişi karyerası ərzində “Kann”, “Arsenal” və “Mançester Siti” klublarının formasını geyinib.