cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Pepe imza üçün İstanbula gedir

04.07.2017 16:35 Oxundu 1893

“Beşiktaş” portuqaliyalı müdafiəçi Pepenin transferi ilə bağlı futbolçu ilə prinsipial razılığa gəlib.

“Yeniavaz.com”un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Pepe bu gün Lissabondan özəl təyyarə ilə İstanbula gələcək. “Beşiktaş”lı iş adamı Məsud Toprak 34 yaşlı portuqaliyalı futbolçu üçün özəl təyyarə ayırıb. “Beşiktaş” sonuncu təklifində Pepeyə illik 4 milyon avro məbləğində məvacib və 2 illik müqavilə təklif edib.