çərşənbə axşamı, 23 aprel 2024

DÜNYA FUTBOLU

Fatih Terim “Milan”a transfer olan Hakan Çalhanoğlu haqda açıqlama verib

04.07.2017 16:40 Oxundu 1825

Türkiyə millisinin baş məşqçisi Fatih Terim “Bayer”dən “Milan”a transfer olan futbolçusu Hakan Çalhanoğlu haqda açıqlama verib.

Qol.az-ın məlumatına görə, bu barədə “La Gazzetta dello Sport”a danışan 63 yaşlı mütəxəssis “Milan”ın Hakanla birlikdə köhnə günlərinə qayıdacağını deyib: “O, soyuqqanlı, əsl döyüşçü və peşəkar futbolçudur. Oyunlarda və məşqlərdə bütün gücünü ortaya qoyur. Şəxsi həyatında da güvənilir biridir. Hakan baş məşqçinin verdiyi bütün bütün tapşırıqları layiqli şəkildə yerinə yetirib, komanda yoldaşlarına maksimum kömək edəcək. Onun bizim milli komandada olması da bizim üçün böyük şansdır. “Milan” böyük klubdur. İtaliya klubu onunla daha da güclü olacaq. Bu transferin çox faydalı olacağını düşünürəm. Fikrimcə, Hakan “Milan”ı köhnə günlərinə qayıtmasında böyük pay sahibi olacaq”.

Qeyd edək ki, F. Terim 2001-ci ildə “Milan”ı çalışdırıb.