cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

“Barselona” Messi ilə müqavilənin müddətini uzatdı

05.07.2017 14:33 Oxundu 3226

İspaniyanın “Barselona” klubu argentinalı hücumçu Lionel Messi ilə müqavilənin müddətini 2021-ci ilədək uzadıb.

“Cempion.az”ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə klubun mətbuat xidmətindən deyiblər. Qeyd edilir ki, tərəflər müqavilənin bütün şərtlərini razılaşdırıblar. Sazişin imzalanmasının rəsmi mərasimi yaxın vaxtlarda baş tutmalıdır. Daha əvvəl verilmiş məlumata görə 30 yaşlı forvardla yeni sazişin dəyəri 300 milyon dollar təşkil edir. L. Messu 16 oktyabr 2004-cü il tarixində “Barselona”da debüt edib, ilk qolunu isə 1 may 2005-ci il tarixində vurub. O, “Barselona”nın tərkibində səkkizqat İspaniya çempionu, ölkə Kubokunun dördqat qalibi olub, dörd dəfə isə Çempionlar Liqasının qalibi adını qazanıb. Argentinalı, həmçinin “Qızıl top”un beşqat qalibidir.