cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Növbəti mövsümdən futbolçularımız dopinq-testdən keçəcəklər

05.07.2017 14:43 Oxundu 1635

AFFA-nın inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında Qarşlıqlı Anlaşma haqqında Memorandum imzalanıb. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, AFFA-nın baş katibi Elxan Məmmədov və AMADA-nın direktoru Şəfəq Hüseynlinin imzladığı Memorandumun müddəalarına uyğun olaraq, növbəti mövsümdən etibarən Topaz Premyer Liqasında çıxış edən, həmçinin Azərbaycan milli komandalarına cəlb olunan futbolçular dopinq nəzarətinə cəlb olunacaq, bu sahə ilə bağlı müxtəlif tədbirlər, seminarlar keçiriləcək, maarifləndirmə işləri aparılacaq.