şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Elmar Baxşıyev "Qəbələ"də baş məşqçı oldu

05.07.2017 15:11 Oxundu 1729

“Qəbələ” Futbol Klubunda yeni təyinat gerçəkləşib. Elmar Baxşıyev əvəzedicilərdən ibarət komandanın baş məşqçisi təyin olunub. O, 2015-ci ildən məşqçi kimi çalışdığı bu komandaya rəhbərlik edəcək. Bu barədə klubun rəsmi saytı məlumat verib.


Xatırladaq ki, Elmar Baxşıyev futbolçu kimi “Şəfa” (1997-1999), “İnter” (1999-2007), “Xəzər Lənkəran” (2007-2008), “Neftçi”də çıxış edib (2008-2011) və karyerasını “Qəbələ”də (2012-2013) başa vurub. Azərbaycan çempionatlarında ən çox oyun keçirən 50 futbolçu arasında yer alan yarımmüdafiəçi 268 matçda 9 qol vurub. O, “Qəbələ”də hamısı çempionatda olmaqla 28 oyun keçirib. 2004-2009-cu illərdə Azərbaycan milli komandasının şərəfini qoruyan Baxşıyev yığmada 32 görüşdə iştirak edib. Futbolçu karyerasını bitirdikdən sonra məşqçilik fəaliyyətinə başlayan çalışdırıcının ilk iş yeri “Neftçi”nin U-19 komandası olub.