çərşənbə axşamı, 16 aprel 2024

GÜLƏŞ

Sərbəst güləşçilər beşqat Dünya çempionunun xatirə turnirində iştirak edəcək

05.07.2017 15:25 Oxundu 5021

Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 48-ci beynəlxalq turnir keçiriləcək. İki gün davam edəcək yarışlara iyul 7-də start veriləcək.

Azərbaycan Güləş federasiyasından verilən xəbərə görə, turnirdə baş məşqçi Firdovsi Umudov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında yığma komandamızın 16 üzvünün iştirak etməsi planlaşdırılıb. Heyətə Georgi Edişeraşvili, Mahir Əmiraslanov, Mircəlal Həsənzadə, Pərviz İbrahimov (hamısı 57 kq), Qalib Əliyev, Əhmədnəbi Qvarzatilov (hər ikisi 61 kq), Coşqun Əzimov, Məhəmməd Müslümov, Ağahüseyn Mustafayev (hamısı 65 kq), Murtuz Müslümov, Ruslan Dibirhacıyev, Hacımurad Ömərov (hamısı 70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev, Murad Süleymanov (hər ikisi 86 kq) və Aslanbek Alborov (97 kq) daxil edilib.

Yarışın proqramına əsasən, ilk gündə 57, 65, 74 və 97 kq, ikinci yarış günündə isə 61, 70, 86 və 125 kq çəkidə güləşçilər mübarizə aparacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edəcək.