cümə, 29 mart 2024

BİZİM FUTBOL

Bu gün "İnter" və “Zirə” Avropa Liqasının cavab oyunlarına çıxacaqlar

06.07.2017 09:30 Oxundu 2639

Bu gün "İnter" və "Zirə" klubları Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşünə çıxacaqlar.

Azərbaycan təmsilçilərindən biri evdə, digəri səfərdə oynayacaq. "İnter" Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da Serbiya "Mladost"u ilə üz-üzə gələcək. Bu komandalar arasındakı ilk matçda Zaur Svanadzenin baş məşqçi olduğu komanda 3:0 hesablı qələbə qazanıb. Serbiyadan böyük üstünlüklə qayıdan bakılılar növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin ediblər. Avrokuboklarda debüt edən "Zirə" isə Lüksemburqda "Düdelanj"la qarşılaşacaq. İlk görüşdə Ayxan Abbasovun baş məşqçi olduğu komanda 2:0 hesablı qələbə qazanıb. Cavab görüşündə Azərbaycan komandasını hətta qol vurmaq şərtilə 2 top fərqli məğlubiyyət də qane edir. Mərhələ adlayacağı təqdirdə, "Zirə" Rumıniya "Astra"sı ilə üz-üzə gələcək.
Qeyd edək ki, hər iki oyun eyni saatda başlanacaq.


Avropa Liqası
I təsnifat mərhələsi
Cavab görüşləri
6 iyul
21:00. “İnter” (Azərbaycan) – “Mladost” (Serbiya)
Baş hakim: Nikolay Balakin
Baş hakimin köməkçiləri: Vladimir Volodin, Aleksandr Korniyko
Dördüncü hakim: Anatoli Jabçenko (hamısı Ukrayna)
Hakim-inspektor: Robert Malek (Polşa)
UEFA nümayəndəsi: Sergey Lisniç (Moldova)
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 3:0
21:00. “Differdanj” (Lüksemburq) – “Zirə” (Azərbaycan)
Baş hakim: Boris Marhefka
Baş hakimin köməkçiləri: Tomaş Vorel, Yan Pozor
Dördüncü hakim: Pavol Xmura (hamısı Slovakiya)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan)
Differdanj Şəhər Munisipal stadionu
İlk oyun – 0:2