şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Çindən “Barselona”ya rədd cavabı

06.07.2017 13:51 Oxundu 1918

“Quançao Everqrand” futbolçusu Paulinyonun “Barselona”ya keçidinə icazə verməyib.

"Cempion.az"ın xəbərinə görə, bu barədə Çin klubunun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, kataloniyalıların 28 yaşlı yarımmüdafiəçi üçün 23 milyon avroluq təklifi rədd edilib:

“Paulinyo bizimlə yeni müqavilə imzalayıb. Onunla daha uzun illər çalışmaq istəyirik və satmaq niyyətimiz yoxdur. Bu səbəbdən “Barselona”nın təklifini qəbul etmədik”.

Qeyd edək ki, brazilyalı futbolçu 2015-ci ildən Çin klubunda çıxış edir.