cümə, 26 aprel 2024

BİZİM FUTBOL

"Qarabağ"ın yeni transferindən Zəhra paylaşımı - "Terrora son"

06.07.2017 14:22 Oxundu 2326

"Qarabağ"ın yeni transferi Vilde-Donald Gerye cəbhədə Azərbaycanın mülki vətəndaşlarının qətlinə münasibət bildirib.

Qol.az-ın xəbərinə görə, o, srağagün Füzulinin Alxanlı kəndində Ermənistan ordusunun atəşi nəticəsində həlak olan 2 yaşlı Zəhra və onun nənəsi Sahibə Quliyevanın ölümünə aid paylaşım edib.

Gerye “İnstagram” hesabından baş vermiş hadisə ilə bağlı #Stopkilling #stoptcrime #stopterrorism haştagı ilə ingilis dilində mətn paylaşıb.

Qeyd edək ki, hazırda Bakıda olan Geryenin bu gün "Qarabağ"la müqavilə imzalayacağı gözlənilir.