cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

“İnter”ə “yox” dedi, yeni müqavilə bağladı

06.07.2017 14:47 Oxundu 1926

Bavariya”nın yarımmüdafiəçisi Arturo Vidal İtaliyaya qayıtmaqdan imtina edib. "Apasport.az" saytının xarici mətbuata istinadən məlumatına görə, “İnter” ulduz futbolçunu almaq fikrində idi.

Milan təmsilçisi bu transfer üçün qarşı tərəfə 57 milyon avro təklif etsə də, sabiq “Yuventus”lu buna “yox” cavabını verib. Vidal hətta “Bavariya” ilə 2019-cu ilə qədər olan müqavilə müddətini daha 2 il uzadıb. Yeni sazişə əsasən, onun Münhen klubunda illik məvacibi 15 milyon avro təşkil edəcək.

Qeyd edək ki, “Bavariya” Vidalı 2015-ci ildə 31,5 milyon avro qarşılığında “Yuventus”dan alıb.