cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Ronaldodan “PSJ” siqnalı

07.07.2017 15:16 Oxundu 1966

Bir müddətdir “Real”dan gedəcəyi deyilən Kriştiano Ronaldo ilə bağlı yeni xəbər yayılıb.

"Cempion.az" "Fanat.Az"a istinadən xəbər verir ki, portuqaliyalı ulduzun “PSJ”-nin sahibi və prezidenti Nasser Əl-Xelaifi ilə görüşdüyü iddia olunub.

Bu barədə “OK Diario” xəbər yayıb. Görüşün Ronaldonun istirahət etdiyi İbiza adasında baş tutduğu deyilir. Tərəflərin görüşdə transfer məsələsini müzakirə etdiyi bildirilir.