cümə axşamı, 18 aprel 2024

DÜNYA FUTBOLU

FİFA-dan ağır cəza

08.07.2017 14:48 Oxundu 2120

Sudan komandaları FİFA bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, bu qərarı FİFA verib.

Qurum Sudanda dövlətin futbol federasiyasının işinə müdaxiləsinə görə belə addım atıb. Bütün klub və yığmalar qeyri-müəyyən müddətə kənarlaşdırılıb.

Afrika Çempionlar Liqasında çıxış edən iki klub öz oyunundan bir neçə saat əvvəl yarışlardan kənar qaldıqlarını bilib. Daha bir klub isə AFK kubokunun sabahkı matçına buraxılmayacaq.

Cəza yığmalara da şamil olunur ki, əsas milli DÇ-2018-in seçmə mərhələsində onsuz da mübarizəni dayandırıb. Lakin yığma qitə çempionatının seçmə oyunlarında çıxış edirdi ki, bu yarışdan da yarımçıq xaric olunub.