cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

"Barselona"dan Çin klubuna 25 milyon avro

08.07.2017 15:02 Oxundu 2093

"Barselona" "Quançjou Everqrand"ın futbolçusu Poulinyonu transfer etmək istəyir.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, 29 yaşlı braziliyalı yarımmüdafiəçi üçün Kataloniya klubu Çin təmsilçisinə 25 milyon avro təklif edib.

Qeyd edək ki, "Quançjou Everqrand" bundan əvvəl "Barsa"nın 20 milyon avroluq təklifini müsbət cavablandırmayıb.