cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

“Mançester Yunayted” 100 milyonluq forvard aldı

08.07.2017 16:32 Oxundu 2109

“Mançester Yunayted” hücumçu Romelu Lukakunun transferi ilə bağlı “Everton”la razılığa gəlib.

“Cempion.az”ın “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, “Mançester Yunayted” belçikalı futbolçu üçün 100 milyon funt-sterlinq təklif edib.

Bunun 75 milyonu transfer dəyərinin baza hissəsi, 15 milyonu oyunçunun uğurlarına görə bonuslar, 10 milyonu isə “Everton”a pulsuz keçəcək Ueyn Runinin qiymətidir.

Klub 24 yaşlı forvardı transfer etməkdə “Çelsi” ilə mübarizə aparırdı.