cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

"Neftçi"nin prezidenti iddialıdır: "Ya uğur, ya istefa"

10.07.2017 16:30 Oxundu 1826

"Neftçi" PFK-da struktur dəyişikliyi baş verən kimi yeni prezidentı Orxan Hüseynzadə mətbuata açıqlama verib. O, sport24.az-a verdiyi müsahibədə bildirib ki, qarşıdakı mövsümdə ya uğur qazanacaqlar, ya tutduqları vəzifəni tərk edəcəklər: "Ölkədə 3-cü büdcəyə sahibik. Əlbəttə, daha yüksək yerlər uğrunda mübarizə aparacağıq. Ancaq 3-cü pilləni, ən pis halda 4-cü yeri tutmağa borcluyuq. Əgər ən minimuma da nail olmasaq, deməli, menecmentdə səhvlər buraxılıb. Bu, baş verəcəyi təqdirdə, hesab edirəm ki, qalmağa heç bir əsas olmayacaq. Deməli, xeyir verə bilmirsən. Bax, bu səbəbdən də qarşıdan gələn mövsümü sınaq ili hesab edirəm".