cümə, 26 aprel 2024

BİZİM FUTBOL

"Qəbələ"nin oyununu almanlar idarə edəcək

10.07.2017 16:57 Oxundu 1936

"Qəbələ”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçirəcəyi ilk oyununun hakimləri müəyyənləşib. İyulun 13-də Bakıda Polşanın “Yagelloniya” klubu ilə keçiriləcək görüşü almaniyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Marko Frits olacaq. Baş hakimin köməkçiləri Holqer Henşelvə Marsel Pelqrimdir. Dördüncü hakim funksiyasını Quido Uinkmann yerinə yetirəcək.

Matçın UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus), hakim-inspektoru Erol Ersoydur (Türkiyə).

“Oyun saat 21:00-da başlayacaq.