şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

"Dalğa arena"da israilli, " Marin Anastasovici"də isə belaruslu hakim

10.07.2017 17:37 Oxundu 1987

Avropa Liqasının II təsnifat mərhələsində "İnter"in "Fola" ilə keçirəcəyi ilk görüşün baş hakimi Eytan Şmuelevits, onun köməkçiləri isə Nissan Davidy və Saqi Mazamber olacaq. Daniel Bar Natan dördüncü hakim funksiyasını yerinə yetirəcək. Bütün hakimlər İsraili təmsil edirlər.

"Astra" -"Zirə" oyununda isə ədaləti Belarus təmsilçiləri təmin edəcəklər. Baş hakim Sergey Tsınkeyeviçə Vitali Malyutin vəYevgeni Romanov koməklik edəcəklər, Dördüncü hakim isə Viktor Şimusik olacaq.