cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Polis "Kukesi"li futbolçuları saxlayıb, "Skenderbeu" Avroliqalardan kənarlaşdırıla bilər

10.07.2017 19:07 Oxundu 2187

Avstriya polisi Albaniyanın "Kukesi" komandasının məşqçisi və bir neçə futbolçusunu saxlayıb. Onlar "danışılmış oyunlar" keçirməkdə şübhəli bilinirlər. Bu barədə Shuplaka.com xəbər verir.

Hadisə belə olub. Avstriyada təlim-məşq toplanışında olan "Kukesi" komandası axşam məşqindən qayıdarkən polis daşıyan avtobusu saxlayıb və məşqçi və bir neşə futbolçunu polis şöbəsinə apararaq 3 saat müddətində ifadə alıb. Polis "Kukesi" komanadasının Avstriya ərazisində danışılmış yoldaşlıq oyunu keçirməsindən şübhələnir.

Hələlik yekun qərara barədə məlumat verilmir.

Qeyd edək ki, Albaniya Futbol Federasiyası ötən ay keçirdiyi iclasda "Skenderbeu" klubunu 2015-2016-ci il mövsümündə qazandığı çempion titulundan məhrum edib. Buna səbəb komandanın idman prinsipləri əleyhinə olaraq oyunların nəticəsinə təsir etməkdə təqsirkar kimi tanınmasıdı. UEFA-nın da "Skenderbeu"nu Avroliqalardan kənarlaşdıracağı gözlənilir.