şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

Aleksandr Əliyev klub axtarışındadır

11.07.2017 14:51 Oxundu 2229

Ukrayna milli komandasının və "Lokmotiv"in keçmiış üzvü, həmyerlimiz Aleksandr Əliyev hazırda klubsuzdur. O azad aget statusu daşıyır. Futbolçu footballua.tv-yə verdiyi açıqlamada bildirib ki, hazırda bir komanda ilə danışıqlar aparır. Amma nəticə hələlik bəlli deyil: "Buna görə ad açıqlamaq istəmirəm. Əgər alınarsa, bu barədə danışarıq. Ümidvaram ki, danışıqlarımız uğurla nəticələnəcək. Hələliksə, Ukrayna klubları barədə danımq istəmirəm. Tezliklə hər şey bəlli olacaq. Bir şeyi dəqiq deyə bilərəm ki, klubsuz qalmayacam".