şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Karpinin qubernatora şillə kimi cavabı

11.07.2017 15:30 Oxundu 2125

Rusiyanın Krasnodar vilayətinin qubernatoru Venyamin Kondratev gözlənilməz təkliflə çıxış edib. O, Rusiya futboluna legioner idxalını dayandırmaq təşəbbüsünü irəli sürüb. Amma onun bu təklifi birmənalı qarşılanmayıb. Moskva "Spartak"ının sabiq futbolçusu və məşqçisi Valeriy Karpin qubernatorun təklifini istehza ilə qarşılayıb: "Qubernator xarici futbolçu idxalını ləğv etməyi təklif edir? Nə olar, gəlin ləğv edək. Bu gün futbolçu idxalını dayandıraq, sabah isə xaricdə istehsal olunan topların, futbolkaların, butsuların idxalına qadağa qoyarıq. Sandallarımızı geyib, şnurkalanmış toplarımızla futbol oynasaq vətənə xeyri olar. Axı biz biz sandal və şnurkalı topların istehsalına investisya yatırmışıq. Nə olsun ki, onlar dünyada və Avropada rəqabətə davaml gətirmirlər. Sərmayəmizi batırmalıyıq?".

Daha sonra Karpin futbolun inkişafı üçün öz fikrini açıqlayıb: "Dövlət ya futboldan getməlidir, ya da Avropa və dünya futbolunun qaydalarına sədaqət nümayış etdirməlidir. Belə olarsa, rəqabət daha effektli olar".