cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

İlk cəhddə 5 qol

12.07.2017 16:52 Oxundu 2031

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında Ağdamın "Qarabağ" komandası Gürcüstanın "Samtredia" klubunu 5:0 hesabıyla məğlub edib. Topları Əfran İsmayılov (penaltidən), Dino Ndlovu (2, birini penaltidən), Donald Querrier və Miçel Madera vurublar.

Oyuna gürcülər yaxşı başlasa da onlar qapı ağzında təhlükə yarada bilməyiblər. Etiraf edək ki, ilk yarıda adət etdiyimiz "Qarabağ"ı görməə bilmədik. Amma ağdamlılar oyunun taleyini məhz ilk yarıda həll etdilər. Hakim birinci hissənin final fitini çalanda artıq hesab 3:0 idi. İkinci yarıda Qurban Qurbanovun seçdiyi taktika komandamıza öz qapısnın toxunulmazlığını qorumaqla bərabər rəqib qapısını daha iki dəfə fəth etməklə nəticələndi. Beləliklə, komandamız ilk cəhddə 5 qolla azarkeşlərini sevindirdi.

Cavab oyunu İyulun 18-də keçiriləcək.