cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Rodriges: "Üç mövqedə oynamağım mənə kömək edəcək"

12.07.2017 17:08 Oxundu 2035

Xames Rodriqes nəhayət ki, Madridi tərk etdi. O, karyerasını Münxenin "Bavariya" komandasında davam etdirəcək.

"Bavariya"nın rəsmi saytının yaydığı məlumata görə, kolumbiya millisinin üzvü icarə əsasında 2 il münxen klubunun düşərgəsində olacaq. Kolumbiya millisinin üzvü transferi barədə belə deyib: "Fəxr edirəm ki, mən "Bavariya"da çıxış edəcək ikicinci kolumbiyalı olacam. Yeni klubumun əsas heyətinə düşmək o qədər də asan olmayacaq. Ancaq inanıram ki, üç mövqedə oynamağım mənə kömək edəcək. Mən yarımmüdafiənin həm sağı, həm solu ilə bərabər "10" nömrə funksiyasında da rahat oynayıram. Bir az zəhmət çəkmək lazımdır".