cümə, 29 mart 2024

BİZİM FUTBOL

Qriqorçuk nəticədən razıdır, təəssüflənmir

14.07.2017 13:47 Oxundu 2035

Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qəbələ” "Baksel arena"da Polşanın “Yagelloniya” klubunu qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.

Oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk nəticə haqqında danışarkən növbəti mərhələyə keçmək şanslarının qaldığını bildirib:

"Başa düşürdük ki, çətin görüş olacaq. Rəqib eyni heyətlə oynayır, onlarda oturuşmuş heyət var. Yaxşı oyun tərzilərinin olması onların üstünlüyü idi. Bunu başa düşürük və ona görə də təəccüblü heç nəyin baş vermədiyini düşünürük. Biz qələbə qazanmaq istəyirdik. Oyunu ələ almalıydıq. Lazımsız top itkilər oldu və bu, bizim oyunumuza təsir etdi. Təəssüflənməməliyik. Hesab başqa cür də ola bilərdi. Məncə, nəticə ədalətlidir. İnanıram ki, cavab oyununda daha yaxşı oynayacağıq. Növbəti mərhələyə keçmək şansımız var"