şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

"Qarabağ"ın rəqibi bəlli oldu

14.07.2017 14:12 Oxundu 2052

Çempionlar Liqasında ölkəmizi təmsil edən "Qarabağ" "Samtredia" səddini keçərsə, növbəti mərhələdə "Şerif"- "Kukesi" oyunun qalibi ilə qarşılaşacaq. Bu, bu gün İsveçrənin Neon şəhərində keçirilən püşkatma zamanı bəlli olub.

"Qarabağ" ilk oyunda "Samtredia" üzərində 5:0-lıq qələbəsi onun növbəti mərhələ şanslarlarının çox yüksək olduğunu göstərir. İndiyə qədər bu mərhələdə "Qarabağ" həmişə keçilməz rəqiblər düşüb və komandamız pley-offdakı uğurları hesabına Avroliqanın qrup mərhələsinə adlaya bilib. Bu ilki rəqibimi isə "Qarabağ"ın dişinə görədir. Klubumuz bu mərhələdə Avroliqanın qrupunu təmin edib Çemponlıar Liqasının qrup mərhələsinə düşmək üçün pley-offda meydançaya rahat çıxa bilər.