cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Avroliqada rəqiblərimiz bəlli, ümidlərimiz isə zəifdir

14.07.2017 14:54 Oxundu 2048

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkatma zamanı Azərbaycan klublarından “Qəbələ”, “İnter” və “Zirə”nin də mümkün rəqibləri müəyyənləşib. “Qəbələ” – “Yagelloniya” cütünün qalibi “Panatinaikos”la (Yunanıstan) ilə üz-üzə gələcək. “Zirə“ “Astra” səddini keçərsə, “Aleksandriya” (Ukrayna) ilə münasibətlərini ayırd edəcək. “İnter” – “Fola” cütündə mərhələ adlayacaq klub isə “Ostersun” (İsveç) - “Qalatasaray” (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.

Təəssüf ki, Avroliqda mübarizə aparan komandalarımızın vəziyyətləri ürəkaçan deyil. Komandalarımızdan yalnız "İnter" cavab görüşünə müsbət balansala çıxacaq. "Qəbələ" və "Zirə"ni isə çox çətin sınaq gözləyir. Lakin ümid edirik ki, hər üç klubumuz cavab görüşlərində daha uğurlu nəticə ilə azarkeşləri sevindirib yuxarıda adlarıqeyd olunan komandaları ölkəmizə gətirəcəklər.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 3-də keçiriləcək.