cümə, 29 mart 2024

BİZİM FUTBOL

"Qarabağ" son məşqinə çıxır

17.07.2017 16:32 Oxundu 1772

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində “Qarabağ” sabah səfərdə Gürcüstanın “Samtredia” klubunun qonağı olacaq. Bu gün saat 20:00-da isə komandamız qarşılaşmanın keçiriləcəyi Boris Payçadze adına stadionda oyunöncəsi son məşqinə çıxacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq. Məşqdən öncə "Qarabağ"ın baş məşqçisi jurnalistlər üçün mətbuat konfransı keçırəcək.

“Samtredia” – “Qarabağ” matçı iyulun 18-də saat 21:00-da start götürəcək.