cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

"Qəbələ"nin oyununda rumınyalı hakimlər

17.07.2017 16:38 Oxundu 1725

"Qəbələ”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyununun hakimləri müəyyənləşib. İyulun 20-də Polşada “Yagelloniya” klubu ilə keçiriləcək görüşü rumıniyalı hakimlər briqadası idarə edəcək.
Baş hakim: Konstantin Sebastyan Koltesku
Baş hakimin köməkçiləri: Radu Adrian Stefan Ginquleaç, Vladimir Urzika.
Dördüncü hakim: George Katalin Qaman.

UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika)
Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro)

Xatırladaq ki, Konstantin Sebastyan Koltesku iki il əvvəl Bakıda Tofiq Bəhramov adına stadionda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Rudar" (Çernoqoriya) oyununu idarə edib.

"Yagelloniya” - “Qəbələ” oyunu Belostok şəhər stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.