cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

"Sumqayıt" qüvvəsini "Osmanlıspor"la oyunda sınayacaq

17.07.2017 16:58 Oxundu 1778

"Sumqayıt" Futbol Klubu hazırlığın 2-ci mərhələsi Türkiyənin Bolu şəhərində davam etdirir. Klubun rəsmi saytının verdiyə xəbərə görə bu gün komanda ilk yoxlama matçına çıxacaq. Samir Abasovun rəhbərlik etdiyi komanda Türkiyə Superliqasının təmsilçisi "Osmanlıspor"la üz-üzə gələcək. Qarşılaşma Qızılcahamamda yerli vaxtla saat 18:00-da start götürəcək.
Qeyd edək ki, 1978-ci ildə qurulmuş rəqib komanda 2014-cu ildən “Osmanlıspor” adını daşıyır. 2016/17 mövsümündə UEFA Avropa Liqasında çıxış etmiş komanda 1/16 final mərhələsində mübarizəni dayandırıb. Ötən mövsüm Türkiyə Supeliqasını 13-cü sırada tamamlayan Ankara təmsilçisinin heyətində Pierre Webo 9 qolla komandanın ən məhsuldar futbolçusu olub.