şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

Qaret Beyl: "Mənə "MY"-dən təklif gəlməyib"

17.07.2017 17:09 Oxundu 1851

Avropa mətbuatında "Real"ın (Madrid) və Uels milli komandasının oyunçusu Qaret Beylin "Mançestr Yunayted"ə dəvət olunacağı barədə xəbərlər yayılıb. Futbolçu bu xəbərə münasibətini ispan jurnulasitlərə verdiyi açıqlamada bildirib": "Mənim "Real"la müqaviləm davam edir. özümü burada rahat hiss edirəm. "MY"-nin mənimlə maraqlanması barədə heç nə eşitməmişəm. Mən britanıyalıyam və mənim adımın Premyer-Liqa ilə hallanmasında heç bir qeyri-adilik yoxdur. Amma bu barədə yenilik yoxdur. Ola bilər ki, "MY" mənə maraq göstərir, amma mən bu barədə məlumat almamışam, mənə təklif gəlməyib. Olmayan təklif barədə nə deyə bilərəm?".