şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

"Qəbələ"nin rəqibi 18 gündə 6 oyun keçirəcək

17.07.2017 17:32 Oxundu 1871

İyulun 13-də Bakıda "Qəbələ" ilə ağır oyun keçirən Polşanın "Yagelloniya" klubu 3 gün sonra ölkə çempionatının ilk turuna da rəqib meydançada çıxıb. "Termalika"nın qonağı olan "Yagelloniya" yolun və 3 gün əvvəlki oyunun gətirdiyi yorğuluğa baxmayaraq meydandan 3 xalla ayrılıb - 1:0. Bizimkilərdən fərqli olaraq rəqiblərimiz Avroliqa oyunlarına görə çempionat oyunlarını təxirə salmaq barədə düşünmürlər. Polşa təmsilçisi növbəti mərhələyə adlayacağı təqdirdə qarşıdakı 18 gündə 3 çempionat və 3 Avroliqa oyununa çıxacaq.