cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Neymar üçün 200 milyon avro

18.07.2017 12:00 Oxundu 1936

Fransanın "PSJ" komandası braziliyalı hücumçu Neymarı transfer etmək üçün "Barselona"ya 200 milyon avroluq təklif göndərib. İtaliyanın Sky sport portalı bildirir ki, son qərarı futbolçu özü verməlidir.

Qeyd edək ki, Neymarın yaxın ətrafından olan bəzi adamlar futbolçuya klubunu dəyişməyi israrla tövsiyə edirlər. Onların fikrincə, Neymar karyerasını "Barselona"da davam etdirəcəyi müddətdə həmişə Leonel Messinin kölgəsində qalacaq.

Hələlik nə Neymar, nə də "Barselona" "PSJ"-nin təklifinə münasibət bildirməyib.

Xatırladaq ki, braziliyalı hücumçu "Barselona"ya 2013-cü ilin yayında "Santos"dan transfer olunub.