cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Totti "Roma"nın direktoru oldu

18.07.2017 12:16 Oxundu 1918

"Roma" komandasının əfsanəvi futbolçusu, 2006-cı ildə İtaliya milli komandasının tərkibində dünya çempionu olmuş Françesko Totti karyerasını həsr etdiyi klubunda direktor postuna təyin olunub.

"Mən yeni bir yola çıxıram. Təklif olunmuş vəzifəni qəbul etmək üçün xeyli götür-qoy etdim və qərara gəldim ki, doğma komandama xidmətimi davam etdirmək üçün hazıram. Hələlik razılaşmamızda heç bir detal yoxdur və bu mənim üçün əhəmiyyətli deyil. Mən komandada vacib post tutmaq barəə düşünmürəm, mənim məqədim komandamda lazımı adam olmaqdır", - deyə Totti "Roma" klubunun rəsmi saytına açıqlam verib.

Xatırladaq ki, Totti 1991-ci ildən 2017-ci ilə qədər "Roma"nın şəəfini qoruyub.