Cümə axşamı, 23 noyabr 2017

Menu

Cümə axşamı, 23 noyabr 2017

DIGƏR NÖVLƏR

Cüdoçularımız Avropa çempionatına qatılacaqlar

18.07.2017 12:50

Cüdo üzrə əsas milli komandamız Bakıda təlim-məşq toplanışını başa vurduqdan sonra iyulun 20-də səfərə yollanacaq. Cüdoçularımız iyul ayının 22-də Belarusun paytaxtı Minskdə keçiriləcək Avropa açıq çempionatına qatılacaqlar.
50 ölkədən 500-ə yaxın cüdoçunun mübarizə aparacağı mötəbər yarışda ölkəmiz 16 idmançı ilə təmsil olunacaq.
Minskdə Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Fəqan Quluzadə, Məmmədli Mehdiyev, Tural Səfquliyev, Firudin Dadaşov, Rüfət İsmayılov, Elmar Qasımov, Elxan Məmmədov, Uşanqi Kokauri, Səkinə Zayırova, Gülsədəf Kərimova, Kristina Jukovets, Nuriyyə Axundova tatami üzərinə çıxacaq.

Mənbə: Azərbaycan Cüdo Federasiyası

Oxundu: 499

© 2017 - NSPSOLUTIONS