cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Xavi karyerasını bitirir

19.07.2017 14:31 Oxundu 1957

Karyerasını Qatarın "Əl-Sadd" komandasında davam etdirən sabiq barselonalı Xavi Ernandes növbəti mövsümün onun üçün sonuncu olacağını bildirib. "Bu il mənim üçün futbolçu kimi sonuncu mövsüm olacaq. Mövsümdən sonra futbolçu karyeramı başa çatdıracam. Fəaliyyətimi məşqçi kimi davam etdirmək niyyətim var, amma hesab edirəm ki, mənim üçün hələ tezdir. Hələ çox şey öyrənməliyəm. Doğrudur, mənim bu sahədə biliklərim var, amma onlardan istifadə etmək metodlarını mənimsəmək lazımdır",- deyə Xavi Qatar mətbuatına açıqlama verib.

Xatırladaq ki, 37 yaşlı Xavi 1998-ci ildən 2015-ci ilə qədər "Barselona"nın şərəfini qoruyub, Ondan sonra Qatar klubuna transfer olunub. O səkkiz dəfə İspaniya çempionu olub, 3 dəfə İspaniya kubokunu qazanıb, 4 dəfə isə Çempionlar liqasının qalibi olub.