şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

"Arsenal" "Bavariya"nı məğlub etdi

19.07.2017 16:41 Oxundu 2069

Çində Şanxay şəhərində keçirilən Beynəlxalq Çempionlar Kuboku turnirində Almaniyanın "Bavariya" (Münxen) komandası İngiltərənin "Arsenal" klubu ilə üz-üzə gəlib. Oyunun əsas vaxtı 1-1 hesabı ilə başa çatıb. Turnirin əsasnaməsinə görə heç-heçə nəticə qeydə alındığı üçün birbaşa oyunsonrası penaltilərə keçilib. Burada daha sərrast olan "Arsenal" 3-2 hesabı ilə qalib gəlib.

Bavaria - Arsenal - 1: 1 (1: 0), penaltilərlə - 3-2.

Qollar: Levandovski (10-penalti) - Ayvobi (90+4)

"Bavariya": Ştarke, Bernat, Hummels, Martines, Rafinya, Alaba, Rodriges, Tolisso, Riberi, Muller, Levandovski

"Arsenal": Çex, Monreal, Kolaşinats, Koklen, Əl-Nenni, Özil, Byelik, Meitlend-Nayls, Caka, Velbek, Lakazett