cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

“Qarabağ”ın rəqibi “Şerif” oldu

20.07.2017 00:20 Oxundu 2156

Çempionlar liqasının ikinci təsnifat mərhələsində bizim marağşmızı çəkən ikinci cütlük, təbii ki, “Kukesi”-”Şerif” idi. Bu cütlüyün qalibi “Qarabağ”ın rəqibi olacaqdı. Bu gün Albaniyada keçirilən qarşılaşmada meydan sahibləri özlərinə lazım olan hesabı əldə etsələr də onu sona qədər saxlaya bilməyiblər. Belə ki, ilk görüşdə 0:1 hesabı ilə uduzan “Kukesi” evdə ən azı 2 top vurmalı idi. Albanlar onları təmin edən bu qolları birinci hissədə vura bildi. Amma oyunun 56-cı dəqiqəsində Moldovanlar onlara lazım olan qolu vurmaqla oyunun taleyini öz xeyirlərinə həll etdilər. Ümumi hesab 2:2 olsa da “Şerif” rəqib meydançada vurulan qol hesabına “Qarabağ”ın rəqibi oldu.