cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

"Qarabağ" - "Şerif" matçında komandamıza dəstək olaq!

20.07.2017 14:04 Oxundu 1572

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" - "Şerif" (Moldova) qarşılaşmasının biletləri satışa çıxır. Azarkeşlər sabah - iyulun 21-i saat 12:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər. Bu xəbər "Qarabağ"bklubunun rəsmi saytı yazıb.

Qeyd edək ki, "Qarabağ" – “Şerif" matçı iyulun 25-i saat 21:00-da start götürəcək.

Saytın məlumatına görə biletlərin qiyməti belədir:

1-5 və 24-28 nömrəli sektorlar - 1 manat

6-10 və 19-23 nömrəli sektorlar - 2 manat

11 və 18 nömrəli sektorlar – 3 manat

12,13, 29, 38 və 14-17 nömrəli sektorlar - 5 manat

VİP - 50 manat