cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Svanadze nikbindir

20.07.2017 14:34 Oxundu 1449

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakının "İnter" komandası bu gün rəqib meydançada Lüksemburqun “Fola” FK ilə qarşılaşacaq. Komandanın baş məşqçisi Zaur Svanadze matç barədə danışarkən belə deyib: “Bizi çətin oyun gözləyir. Layiqli nəticə uğrunda çalışacağıq. İlk oyunda vurduğumuz yeganə bizə ümid verir. Uşaqlar ciddi hazırlaşırlar, zədəlimiz yoxdu. Bütün bunlar nikbinliyə əsas verir. Azarkeşlərimizi sevindirmək üçün bütün bacarığımızı ortaya qoyacağıq”.