cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Sumqayıtlı futbolçular Bolu hazırlığını dəyərləndirdilər

20.07.2017 14:55 Oxundu 1608

"Sumqayıt" Futbol Klubu hazırlığın 2-ci mərhələsi üçün Türkiyənin Bolu şəhərində davam etdirir. Artıq bir yoxlama görüşü də keçirilib. Komandanın üzvü Bəxtiyar Həsənalızadə Bolu hazırlığını klubun rəsmi saytına verdiyi açıqlamada belə dəyərləndirib: "Sumqayıta keçirdiyimiz fiziki hazırlıqlardan sonra artıq 5 gündür ki, Bolu da taktiki hazırlıqlar keçirik. Komandamıza 5-6 nəfər yeni gəlmiş oyunçular var. Onlar da heyətə uyğunlaşmağa başlayıblar. "Osmanlıspor"la keçirdiyimiz oyun bir az ağır oldu, Türkiyə Superliqasında oynamış bir komandaya qarşı oynamaq, əlbəttə, çətin idi. Bəzi səhvlərə yol verdik. İndi həmin səhvlər üzərində işləyib çempionata tam hazır vəziyyətdə başlamaq istəyirik".

Amil Yunanov da ilk yoxlama oyununda bir sıra səhvlərinin olduğunu deyib: "Osmanlıspor" kimi bir komada ilə oyunda səhv buraxmamaq çətindi. Əsas odr ki, bu səhvlər üzəridə iıləyib onları növbəti oyunllarda və çempionatda təkrarlamayaq. Qarşıda hələ 3 yoxlama oyunumuz var. Çalışacağıq ki, bu oyunlarda əvvəlki səhvlərimizi buraxmayaq. Bunun üçün bütün gücümüzlə işləyirik. İnşallah çempionata qədər bütün çatışmazlıqları aradan qaldıracağıq".

Xatırladaq ki, "Sumqayıt" bu gün Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Fateh"lə üz-üzə gələcək. Qarşılaşma VON Resort Hotelinin stadionunda yerli vaxtla saat 18:00-da start götürəcək.
Qeyd edək ki, 1958-ci ildə yaranmış “Al-Fateh” son mövsümdə Səudiyyə Ərəbistanı Professional Liqasını 8-ci yerdə bitirib.