çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

Ayxan Abbasov: "Astra"nı keçməyə gücümüz çatar"

20.07.2017 15:07 Oxundu 1558

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakının "Zirə" komandası bu gün "Dalğa Arena"da Rumıniyanın "Astra" komandası ilə qarşılaşacaq. Oyunöncəsi mətbuat konfransında komandamızın baş məşqçisi Ayxan Abbasov artıq rəqibi yaxşı tanıdıqlarını və bu komandanın keçilməz olmadığını bildirib: "Bizi çətin görüş gözləyir. Səfərdə istəmədiyimiz məğlubiyyəti aldıq. Bu 2-ci 90 dəqiqədir. İnanıram ki, azarkeşlərimizin dəstəyi sayəsində komanda olaraq üzərimizə düşən vəzifənin öhdəsindən gələ bilərik.
Bizə qol lazımdır, ancaq ilk dəqiqələrdən hücuma atılmaq da olmaz. Çünki qol buraxsaq, işimiz daha da çətinləşəcək. Hələ "Astra" ilə ilk oyundan dərhal sonra futbolçularımıza dedim ki, ardıcıl iki çətin səfər matçı keçirən komanda bu hesaba görə ruhdan düşməməlidir. İnanıram ki, həm təcrübəli futbolçularımız, həm də legionerlərrmiz qarşıdakı oyunda işimizə yarayacaqlar.
Stardart vəziyyətlər üzərində çalışmışıq. Futbolçularımız səhvləri gördülər. Çalışacağıq ki, bunlar təkrarlanmasın. "Astra" səhvləri bağışlamır. İndi rəqibi daha yaxşı tanıyırıq. Məncə, "Astra"nı keçməyə gücümüz çatar".