çərşənbə axşamı, 16 aprel 2024

BİZİM FUTBOL

Luçesku "Qalatasaray"a gəlir?

21.07.2017 12:34 Oxundu 1842

Türkiyə mətbuatında rumınyalı məşqçi Mirça Luçeskunun "Qalatasaray"a qayıdacağı haqqında xəbərlər səngimək bilmir. Hətta mütəxəssisin Bolqarıstanın "Ludoqorets" klubu ilə danışıqlar apardığı vaxtlarda da qalatasaraylılar ümidlərini itirməyiblər.

Bu günlərdə Luçeskonun "Ludoqorets"in təklifini rədd etməsi barədə xəbərlər yayılır. Əldə olan məlumata görə, bolqarlar rumın mütəxəssisə illik 2.5 milyon avro təklif edublər. Lakin Luçesku bu rəqəmin 3 milyon avro olmasını istəyib. Nəticədə danıçıqlar dalana dirənib və Luçesku danışıqların bitdiyini bildirib.

Beləliklə, "Qalatasaray" keçmiş çalışdırıcısını yenidən komandaya gətirmək üçün şans qazanıb.

Xatırladaq ki, Luçesku 2000-2002-ci illərdə "Qalatasaray"a rəhbərlik edib və UEFA Superkubokunu qazanıb.