cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

İntizamı pozdu, komandadan uzaqlaşdırıldı

24.07.2017 16:16 Oxundu 1960

Bu yay "Qəbələ"dən "Zirə"yə transfer olunan Rəşad Sadiqovun buradakı karyerası uzun sürməyib. Növbəti çempionat başlamamış Rəşad yeni komandasından kənarlaşdırılıb.

Komandanın baş məşqçisi Ayxan Abbasov Rəşad Sadiqovun klubdan uzaqlaşdırılması ilə bağlı mətbuata açıqlama verib:

“Klubun daxili intizam qaydaları var. Bu, hər kəsə aiddir. İntizam məsələsinə görə, Rəşadın özü ilə də söhbət etdim. Belə qərara gəldik ki, yollarımızı ayıraq. Bu, mənimlə Rəşadın arasında olan söhbət idi. Yəqin ki, özü də bunu hiss etdi. Biz peşəkar futbol klubuyuqsa, qərarı da normal qəbul etməliyik. Nə inciklik ola bilər ki? Qərar olmalıydı, özü də bunu başa düşdü. Başa saldım ki, gələcəkdə onunla birlikdə işləməyimiz mümkün deyil. Buna görə də yollarımızı birdəfəlik ayırdıq”.

Hələlik, Rəşad özü bu barədə açıqlama verməyib.